Bank Of Baku

Ukrayna, Azərbaycan, Qazaxıstan və Rusiya Odessa-Brodı kəmərinin istismarı ilə bağlı konsorsium yarada bilər

Ukrayna, Azərbaycan, Qazaxıstan və Rusiya Odessa-Brodı kəmərinin istismarı ilə bağlı konsorsium yarada bilər
# 26 dekabr 2006 11:35 (UTC +04:00)
V.Yanukoviçin sözlərinə görə, bu layihə çox sərfəlidir və hazırda tərəflər layithənin detalları ətrafında fikir mübadiləsi aparır: “Belə bir konsorsiumun yaradılması mümkündür və realdır. Yaxın vaxtlarda Azərbaycan və Qazaxıstanda neft hasilatının həcmi xeyli artacaq. Bununla bağlı, biz Ukraynanın Avropa İttifaqının sərhədlərinə yaxın ərazilərində neftin emalı və nəql olunması üçün yeni güclərinin inşası və infrastrukturun genişləndirilməsi məsələsinin işlənməsilə məşğuluq”.
Azərbaycan neftinin Odessa-Brodı kəmərilə nəql olunması perspektivlərilə bağlı sualı cavablandıran respublikanın baş naziri Artur Rasizadə isə öz növbəsində bu marşrutu alternativ variant kimi qiymətləndirib: “İndi bununla bağlı konkret bəyanat vermək çox çətindir və bu, qeyri-ciddi alınardı. Lakin hesab edirik ki, bu, neftin Ukraynaya və buradan daha uzaqlara nəql edilməsi üçün mövcud marşrutlardan biridir. Konkret müddət isə deyə bilmərəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR