Bank Of Baku

“Təhsil kreditləri haqqında” qanun layihəsi Milli Məclisə təqdim olunub

“Təhsil kreditləri haqqında” qanun layihəsi Milli Məclisə təqdim olunub
# 02 fevral 2007 09:29 (UTC +04:00)
Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər təşkilatı (AKTAM) və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlayaraq Milli Məclisə təqdim edib. Bu barədə APA-ya məlumat AVCİYA-dan daxil olub. Qanun layihəsinin məqsədləri təhsil kreditlərinə, ali ixtisas təhsilinin maliyyələşdirilməsinin effektiv iqtisadi mexanizmlərinə, keyfiyyətli təhsilin alınmasına dövlət yardımı sisteminin yaradılmasıdır. Qanun 4 fəsildən, 22 maddədən ibarətdir. Fəsillərdə ümumi müddəalar, təhsil kredit müqaviləsi, təhsil kreditlərinə dövlət dəstəyi və təhsilin kreditləşdirilməsinə dövlət yardımı üzrə xərclərin maliyyələşdirilməsi əksini tapıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR