Bank Of Baku

Azərbaycan AŞPA-nın həmməruzəçiləri Herkel və Lloydun ilkin hesabatına cavab hazırlayır

Azərbaycan AŞPA-nın həmməruzəçiləri Herkel və Lloydun ilkin hesabatına cavab hazırlayır
# 02 fevral 2007 15:04 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin məruzəçiləri Andres Herkel (Estoniya) və Toni Lloyd (Böyük Britaniya) Azərbaycanın qurum qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinin vəziyyətinə dair ilkin məlumat təqdim ediblər. Hazırda Azərbaycan bu məlumata reaksiya hazırlayır. Bu barədə APA-ya Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın reaksiyasını əks etdirən sənəd fevralın sonunadək AŞPA Monitorinq Komitəsinə təqdim olunacaq. Sənəd komitənin martda keçiriləcək iclaslarında bənd-bənd müzakirəyə çıxarılacaq və “Azərbaycanın öhdəliklərinin yerinə yetirilməsi məsələsi” adı altında AŞPA-nın gündəliyinə salınacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR