Bank Of Baku

Bərdə Rayon İcra Hakimiyyətində 2006-cı ilin yekunlarına həsr olunmuş hesabat xarakterli müşavirə keçirilib

Bərdə Rayon İcra Hakimiyyətində 2006-cı ilin yekunlarına həsr olunmuş hesabat xarakterli müşavirə keçirilib
# 02 fevral 2007 15:09 (UTC +04:00)
Bu gün Bərdə Rayon İcra Hakimiyyətində (RİH) 2006-cı ilin yekunlarına həsr olunmuş hesabat xarakterli müşavirə keçirilib. Tədbirdə daxili işlər naziri Ramil Usubov və Bərdədən millət vəkili seçilmiş Zahid Oruc da iştirak edib. Z. Orucun APA-ya verdiyi məlumata görə, yığıncaqda RİH başçısı və kənd icra nümayəndələri çıxış edib. Tədbirdə rayonda təhsilin, səhiyyənin vəziyyəti müzakirə olunub, elektrik enerji sahəsində yaranmış problemlər barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, rayon ərazisində enerji haqlarının yığım faizi həddən artıq aşağıdır, enerji oğurluğu mövcuddur. Bu məsələnin nəzarətdə saxlanması, enerji oğurluğu ilə məşğul olanlar barədə ciddi tədbir görülməsi barədə qərar qəbul olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR