Bank Of Baku

Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının ilk iclasında 3 sənədin imzalanması gözlənilir

Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının ilk iclasında 3 sənədin imzalanması gözlənilir
# 05 fevral 2007 07:15 (UTC +04:00)
Bu sözləri APA-ya eksklüziv müsahibəsində Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev deyib. Səfir bildirib ki, iclas çərçivəsində qəbul olunmaq üçün üç sənəd hazırda müzakirə edilir. Bunlar Azərbaycan hökuməti ilə ABŞ hökuməti arasında İqtisadi Tərəfdaşlıq Komissiyasının təsis edilməsi üzrə Əməkdaşlıq Memorandumun layihəsi, Azərbaycanla ABŞ hökumətləri arasında Xəzər regionunda enerji təhlükəsizliyi dialoqu üzrə Anlaşma Memorandumu və İqtisadi Tərəfdaşlıq Komissiyasının Müştərək Kommunikesidir. Y.Əliyev onu da əlavə edib ki, ABŞ indiyədək cəmi 10-15 dövlətlə iqtisadi münasibətlərin davam etdirilməsi üçün belə komissiyalar yaradıb: “Bu faktın özü də komissiyanın Azərbaycan üçün önəmli olduğunu göstərir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR