Bank Of Baku

BMT baş katibinin sözçüsü Brenden Varma: “BMT Azərbaycanla münasibətləri yüksək qiymətləndirir”

BMT baş katibinin sözçüsü Brenden Varma: “BMT Azərbaycanla münasibətləri yüksək qiymətləndirir”
# 05 fevral 2007 09:01 (UTC +04:00)
Azərbaycanın BMT qarşısında üzərinə götürdüyü öhdəliklərlə bağlı sualı cavablandıran Brenden Varma bildirib ki, iştirakçı ölkələrin üzərinə götürdüyü öhdəliklər BMT Nizamnaməsində dəqiq şəkildə ifadə olunub. “Məsələn, BMT-yə üzv olan bütün ölkələr nizamnaməyə uyğun olaraq Baş Katibliyin qərarlarını həyata keçirməlidirlər. BMT baş katibi Ban Ki-Mun hesab edir ki, BMT Katibliyinin menecer heyətinin həyata keçirdiyi islahatları davam etdirmək lazımdır. Bu, Birləşmiş Millətlər Təşkilatının fəaliyyətinin yenidən canlandırılması üçün bir açardır. Ban Ki-Munun fikrincə, əsaslı islahatlar ideyası təşkilata üzv ölkələrin əksəriyyəti tərəfindən etimad göstərilmədiyinə görə lazımi effekt vermir. Bununla belə, baş katib 21 əsrin təşkilatının Katibliyini qurmaq üçün islahatları davam etdirməyə qərar verib. Baş katib həmçinin Katibliyin işinin günün tələblərinə uyğun qurulması istiqamətində iş aparır. Bununla əlaqədar Ban Ki-Mun departament və ofislərin yenidən qurulmasının məqsədəuyğunluğu ilə bağlı iştirakçı dövlətlərin daimi nümayəndələri ilə məsləhətləşmələr aparır. Bundan əlavə, baş katib daha mobil və çoxfunksiyalı heyət formalaşdırmaq, bu istiqamətdə əsas ağırlığı karyera inkişafı, treninqlər, məsuliyyətlilik, bütün səviyyələrdə görülən işlərin qəbul edilməsi kimi məsələlərin üzərinə salmaq istəyir”. Əvvəllər münaqişələrin həllində əsas rol oynayan BMT-nin hazırda bu mövqeni NATO, ATƏT və başqa təşkilatlara uduzması fikri ilə razılaşmayan Brenden Varma APA-ya açıqlamasında hazırda təmsil etdiyi qurumun münaqişələrin həlli prosesinə ciddi diqqət ayırdığını deyib. “BMT hələ də münaqişələrin həllinə cəlb olunan təşkilat olaraq qalır. Hazırda BMT-nin xətti ilə dünyanın 18 münaqişə zonasında dinc əməliyyat keçirilir, bu əməliyyatlardan 16-sı sülhməramlı missiyadır. Digər tərəfdən BMT-nin 82 min əməkdaşı dünyanın 100-ə yaxın ölkəsində sülh və əmin-amanlığın qorunması istiqamətində fəaliyyət göstərir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR