Bank Of Baku

Qoran Lenmarker: “Minsk Qrupunun formatının dəyişdirilməsinin əleyhinəyəm”

Qoran Lenmarker: “Minsk Qrupunun formatının dəyişdirilməsinin əleyhinəyəm”
# 05 fevral 2007 11:58 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə İrəvanda səfərdə olan ATƏT Parlament Assambleyasının sədri Qoran Lenmarker verib. O, formatın dəyişməsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini ləngidəcəyini bildirib: “Münaqişənin nizamlanmasına dair danışıqlar prosesi ATƏT-in Minsk Qrupu çərçivəsində keçirilməlidir. Bu formatın dəyişilməsinin əleyhinəyəm, çünki istənilən dəyişiklik münaqişənin nizamlanması prosesini ləngidəcək”. Qoran Lenmarker regionda gərginliyin artması barədə fikirlərlə razılaşmayıb: “Hər il qoşunların təmas xəttində atəşkəsin pozulması nəticəsində insanlar ölür, bu prosesdən Azərbaycan və Ermənistandan olan qaçqınlar əziyyət çəkirlər. Buna görə də münaqişənin tez bir zamanda nizamlanması vacibdir. Ermənistan, Azərbaycan və Gürcüstanın sülh içırisində yaşamağı bölgənin çiçəklənməsinin qarantı ola bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR