Bank Of Baku

ATƏT PA-nın prezidenti Qoran Lenmarkerin Azərbaycana səfər proqramı açıqlanıb

ATƏT PA-nın prezidenti Qoran Lenmarkerin Azərbaycana səfər proqramı açıqlanıb
# 05 fevral 2007 12:19 (UTC +04:00)
Milli Məclisdən APA-ya verilən məlumata görə, fevralın 7-də axşam Azərbaycana gələcək Q. Lenmarkerin rəsmi görüşləri fevralın 8-dən başlayacaq. ATƏT-in Azərbaycandakı nümayəndəliyində keçiriləcək görüşdən sonra qonaq Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, həmçinin Şəhidlər Xiyabanını ziyarət edəcək. Həmin gün Q. Lenmarker Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin, həmçinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvləri, parlamentin spikeri Oqtay Əsədovla görüşəcək. Fevralın 8-də həmçinin ATƏT PA-nın prezidenti xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək və Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən qəbul olunacaq. Fevralın 9-da ATƏT-in Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Qeyri-Hökumət Təşkilatları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçiriləcək. Həmin gün Q. Lenmarker Bakı Dövlət Universitetinə gedərək bu təhsil ocağının tələbələri ilə də görüşəcək.
Qeyd edək ki, Bakıya səfərinin ardınca ATƏT PA-nın prezidenti Türkmənistana gedəcək./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR