Bank Of Baku

İlyas İsmayılov: “Partiya sədrliyindən istefa verəcəyim barədə yayılan informasiyalar yalandır”

İlyas İsmayılov: “Partiya sədrliyindən istefa verəcəyim barədə yayılan informasiyalar yalandır”
# 05 fevral 2007 13:26 (UTC +04:00)
“Partiya sədrliyindən istefa verəcəyim barədə yayılan informasiyalar yalandır. Ədalət Partiyasında liderlik postunun yaranmasından söhbət belə gedə bilməz”. Bu sözləri APA-ya açıqlamasında Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov deyib. İ. İsmayılov bildirib ki, Azadlıq və Ədalət partiyaları arasında birgə fəaliyyətə dair sazişin imzalanması üçün yaranan işçi qrupu bəzi detallar üzərində işləyir. Bütün detallar razılaşdırıldıqdan sonra saziş imzalanacaq. İ. İsmayılov rəhbərlik etdiyi qurumun Böyük Quruluş Partiyası ilə blok yaradacağı barədə yayılan məlumatları da təkzib edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR