Bank Of Baku

Nensi Pelosi Abdulla Güllə görüşdən qaçır

Nensi Pelosi Abdulla Güllə görüşdən qaçır
# 06 fevral 2007 08:44 (UTC +04:00)
APA-nın ABŞ bürosunun xəbərinə görə, görüşlərdən sonra jurnalistlərin suallarına cavab verən A. Gül bildirib ki, İraqın gələcək inkişafı, uydurma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qanun layihəsi və terrorla mübarizə məsələləri danışıqlarda diqqət mərkəzində olub: “Bizi çox böyük maraq və diqqətlə dinlədilər. Görüşlərin hər ikisi faydalı olub”. Qondarma “erməni soyqırımı” barədə qanun layihəsinin Konqresin aşağı palatasına təqdim olunmasına toxunan nazir deyib ki, prezident Buşun komandası bu məsələ ilə bağlı üzərinə düşən vəzifəni mütləq yerinə yetirəcək. Sabah A. Gül dövlət katibi Kondoliza Rays və Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə böyük təsiri olduğu bildirilən demokrat konqresmen Con Murtla göruşəcək. Vaşinqtonun siyasi dairələrində gəzən söz-söhbətə görə, xanım Pelosi Türkiyənin xarici içlər naziri ilə görüşdən boyun qaçırır. Spikerin Vaşinqtondakı ofisindən APA-ya verilən məlumata görə, Nensi Pelosinin yaxın 3 gündə Abdulla Gülə heç bir görüşü nəzərdə tutulmayıb.
Xatırladaq ki, yanvarın 30-da dörd ermənipərəst konqresmen uydurma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qanun layihəsini Nümayəndələr Palatasına təqdım edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR