Bank Of Baku

“Azərbaycan Silahlı Qüvvələrinə ictimai münasibət və jurnalist yanaşması” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycan Silahlı Qüvvələrinə ictimai münasibət və jurnalist yanaşması” mövzusunda dəyirmi masa keçirilib
# 08 fevral 2007 14:12 (UTC +04:00)
“Ordunun Dostları” Mətbuat Klubunun təşəbbüsü ilə “Azərbaycan Silahlı Qüvvələrinə ictimai münasibət və jurnalist yanaşması” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, “Ordunun Dostları” Mətbuat Klubunun rəhbəri Emin Həsənli bildirib ki, klub yarandığı gündən ordunun obyektiv təbliğatı ilə məşğul olmağa çalışıb və müəyyən qədər buna nail olub. Milli Məclisin deputatı Aydın Həsənov isə Azərbaycan Ordusunun güclü olduğunu və hərbçilərin sosial vəziyyətinin getdikcə yaxşılaşdığını deyib. Müdafiə Nazirliyinin tərbiyəvi işlər idarəsinin əməkdaşı, polkovnik-leytenant Əlisəftər Hüseynov bəzi mətbuat orqanlarını ordu haqda yanlış yazılar yazmaqda ittiham edib. Onun sözlərinə görə, bu sahədən yazan jurnalistlər üçün seminarlar keçirilməlidir. Milli Məclisin deputatı Vahid Əhmədov cəmiyyətdə baş verənlərin orduya da sirayət etdiyini vurğulayıb. O, jurnalistləri ordu mövzusunda sifarişli yazılar yazmaqdan çəkinməyə çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR