Bank Of Baku

Azərbaycan parlamentinin sədri Qoran Lenmarkerin Dağlıq Qarabağ problemi ilə bağlı hazırlayacağı məruzənin obyektiv olacağına ümid edir

Azərbaycan parlamentinin sədri Qoran Lenmarkerin Dağlıq Qarabağ problemi ilə bağlı hazırlayacağı məruzənin obyektiv olacağına ümid edir
# 08 fevral 2007 14:25 (UTC +04:00)
Milli Məclisin (MM) sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) sədri Qoran Lenmarkerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. MM-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə O.Əsədov ATƏT PA sədrinin Dağlıq Qarabağ problemi ilə bağlı məruzənin hazırlanmasını öz üzərinə götürməsini əlamətdar hal kimi qiymətləndirib: “Bu, ATƏT-in regionda mövcud olan münaqişələrə xüsusi diqqət yetirməsindən xəbər verir. İnanırıq ki, hazırlanacaq məruzə obyektiv xarakter daşıyacaq”. Spiker deyib ki, bu gün sürətlə inkişaf edən Azərbaycan Avropa enerji təhlükəsizliyi sisteminə öz layiqli töhfəsini verməkdədir.
Öz növbəsində, Q.Lenmarker Azərbaycanda inkişafın qonşu dövlətlər üçün örnək ola biləcəyini qeyd edib. Regiona səfərinin məqsədlərindən söz açan qonaq təmsil etdiyi təşkilatla Azərbaycan arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə inandığını bildirib. Söhbətdə regional münaqişələrin həlli yolları, ATƏT-ə üzv ölkələrlə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə, informasiya mübadiləsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR