Bank Of Baku

Avropa Şurasının Bakı ofisində mükafatlandırma və təqdimetmə mərasimləri keçirilib

Avropa Şurasının Bakı ofisində mükafatlandırma və təqdimetmə mərasimləri keçirilib
# 08 fevral 2007 14:39 (UTC +04:00)
“Uşaqlara qarşı zorakılığa son qoyulsun” devizi altında keçirilmiş müsabiqənin qalibləri Avropa Şurasının Bakıdakı İnformasiya Ofisində mükafatlandırılıb. APA-nın xəbərinə görə, ofisin mətbuat və informasiya məsələləri üzrə müşaviri İlqar İbrahimli bildirib ki, müsabiqə rəsm və inşa növləri üzrə keçirilib və hər növ üzrə 3 qalib seçilib. Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia müsabiqənin AŞ-nın “Avropanı uşaqlarla uşaqlar üçün qururuq” proqramı çərçivəsində təşkil olunduğunu deyib. Onun sözlərinə görə, uşaqların çəkdiyi rəsmlərdən və yazdığı inşalardan yalnız bu qənaətə gəlmək olar ki, hamıya ən çox lazım olan şey sülhdür.
Tədbirdə ofisin nəşr etdiyi “Avropa İnsan Hüquqları Məhkəməsinin lüğəti” və digər kitabların, həmçinin ofisin sifarişi ilə çəkilmiş “Birlikdə” filminin təqdimatı da keçirilib. Filmdə Avropa Şurasının yaranması, məqsədi, müdafiə etdiyi dəyərlər və Azərbaycanın bu dəyərləri mənimsəməsindən bəhs olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR