Bank Of Baku

AXCP-nin qərargahla təmin olunmaq üçün ünvanladığı müraciət Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə daxil olub

AXCP-nin qərargahla təmin olunmaq üçün ünvanladığı müraciət Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə daxil olub
# 08 fevral 2007 15:01 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qərargahla təmin olunmaq üçün Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə (DƏİEDK) ünvanladığı müraciət sözügedən komitəyə daxil olub. Bu barədə APA-ya DƏİEDK-nin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib. Onun sözlərinə görə, hazırda müraciət araşdırılır. Müraciətə hansı cavabın veriləcəyi ilə bağlı konkret məlumata malik olmadığını bildirən Q. Xəlilov bunun yaxın günlərdə bəlli olacağını bildirib. O, həmçinin AXCP-yə komitə tərəfindən Keşlə qəsəbəsində yerin ayrıldığını xatırladıb: “Biz onları müvafiq yerlə təmin etmişdik və onlar əsassız olaraq həmin yerin mərkəzdən uzaq olduğunu bildirdilər. Əslində Keşlə qəsəbəsi şəhərin mərkəzindən uzaq deyil və həmin yer də ayrıca bir bina idi. Amma onlar həmin yerdən imtina ediblərsə, bu, onların günahıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR