Bank Of Baku

Səfər Əbiyev: “Azərbaycan bütün vasitələrdən istifadə edərək öz ərazilərini işğalçılardan təmizləməyə hazır olmalıdır”

Səfər Əbiyev: “Azərbaycan bütün vasitələrdən istifadə edərək öz ərazilərini işğalçılardan təmizləməyə hazır olmalıdır”
# 15 mart 2007 15:14 (UTC +04:00)
Müdafiə naziri Səfər Əbiyev NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə səlahiyyətli nümayəndəsi Robert Simmonsun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanla NATO arasında “Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı” müddəalarının yerinə yetirilməsinin intensiv xarakter aldığını deyən Səfər Əbiyev Azərbaycanın bu planın bütün tələblərini yerinə yetirəcəyini bildirib. Azərbaycan Silahlı Qüvvələrinin təhsil sisteminin tam şəkildə NATO standartlarına uyğunlaşdırıldığını bildirən müdafiə naziri təlim və treninqlərin bu standartlar əsasında keçirildiyini bəyan edib. Robert Simmons NATO - Azərbaycan əlaqələrinin daha da sıxlaşması üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib. O, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstan və Kosovada NATO ilə çiyin-çiyinə beynəlxalq terrorizmə qarşı mübarizə apardığına görə müdafiə nazirinə minnətdarlıq edib. Robert Simmons NATO rəhbərliyinin bu yaxınlarda Azərbaycanla fərdi tərəfdaşlığın yeni fəaliyyət planını imzalamağı planlaşdırdığını xatırladıb. Səfər Əbiyev Ermənistanın regionda işğalçılıq siyasətini davam etdirdiyini bildirib: “Bu, Ermənistanın bu siyasəti tənzimləmək istəməməsi barədə qənaət yaranır və Azərbaycan da bundan konkret nəticə çıxararaq istənilən yolla öz torpaqlarını azad etmək üçün tədbirlər görməyə məcburdur. Ermənistan havadarlarının köməyi ilə silahlanmağı davam etdirir, Azərbaycanın işğal olunmuş ərazilərində külli-miqdarda qeydiyyata alınmamış hərbi texnika və hərbi sursat yerləşdirir. Bu, regionda vəziyyəti daha da təhlükəli hala gətirir. Azərbaycan 14 ildir bu barədə öz narahatlığını bəyan edir. Təəssüflər olsun ki, nə NATO, nə də Avropada Adi Silahlar haqqında müqaviləni imzalayan dövlətlər bu çağırışa heç bir reaksiya vermirlər. Belə olan halda Azərbaycan nə etməlidir, hansı vasitələrə əl atmalıdır? Bir yol qalır - Azərbaycan bütün vasitələrdən istifadə edərək öz ərazilərini işğalçılardan təmizləməyə hazır olmalıdır”. Görüşdə NATO-Azərbaycan əlaqələrinin perspektivləri də müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR