Bank Of Baku

“Yeni Fikir”çilərin kassasiya şikayətinə martın 27-də baxılacaq

“Yeni Fikir”çilərin kassasiya şikayətinə martın 27-də baxılacaq
# 15 mart 2007 15:26 (UTC +04:00)
“Yeni Fikir” Gənclər Hərəkatının həbsdə olan rəhbərliyi ilə bağlı Ali Məhkəmədə kassasiya şikayətinə martın 27-də baxılacaq. Bu barədə APA-ya hərəkatın sədri Ruslan Bəşirlinin vəkili Osman Kazımov məlumat verilib. Onun sözlərinə görə, kassasiya şikayətinə martın 13-də baxılmalı imiş. Şikayətə baxılmamasının səbəbinə aydınlıq gətirən O. Kazımov bildirib ki, iclas vəkillərin xahişi ilə təxirə salınıb: “Bir sıra məsələlər vardı ki, onlarla bağlı araşdırmaları başa çatdırmamışdıq. Bu araşdırmaların yekunlaşması üçün Ruslan Bəşirli ilə görüşməyimiz vacib idi. Bunun üçün Ali Məhkəmə rəhbərliyindən iclasın vaxtının dəyişdirilməsini xahiş etdik və bu nəzərə alındı”. /APA
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR