Bank Of Baku

Ukrayna Ali Akademik Şurasının prezident İlham Əliyevi layiq gördüyü “İlin adamı” mükafatı səfir Tələt Əliyevə təqdim olunacaq

Ukrayna Ali Akademik Şurasının prezident İlham Əliyevi layiq gördüyü “İlin adamı” mükafatı səfir Tələt Əliyevə təqdim olunacaq
# 15 mart 2007 15:41 (UTC +04:00)
Ukrayna Ali Akademik Şurası tərəfindən Azərbaycan prezidenti İlham Əliyevə verilmiş “İlin adamı” mükafatı Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyevə təqdim olunacaq. Bu barədə APA-ya Ukrayna Ali Akademik Şurasının ictimaiyyət və kütləvi informasiya vasitələri ilə əlaqələr üzrə meneceri Svetlana Yanenko məlumat verib. Onun sözlərinə görə, mükafatın XI təqdimetmə mərasimi martın 17-də ölkənin əsas konsert zalı olan “Ukrayna” Milli İncəsənət Sarayında keçiriləcək. Yanenko indiyə kimi Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevskinin, Gürcüstan prezidenti Mixail Saakaşvilinin, Litva prezidenti Valdas Adamkusun, İtalyanın keçmiş baş naziri Silvio Berlusskoninin, Avropa Şurasının keçmiş baş katibi Valter Şvimerin və mərhum Roma Papası II İohann Pavelin ictimai-siyasi fəaliyyətə görə “İlin adamı” beynəlxalq mükafatına layiq görüldüklərini bildirib. Bu mükafat beynəlxalq miqyasda tanınmış insanlara gənc Ukrayna dövlətinin dünya birliyində imicinin möhkəmləndirilməsi üçün şəxsi xidmətlərinə görə verilir. Bu il digər nominasiyalarda təqdim olunacaq mükafatların sahibləri arasında Avropa İttifaqı xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Havyer Solana, ABŞ-ın Arizona ştatının senatoru Con Makkeyn, Koreyanın Ukraynadakı səfiri Xo Sun Çu və digərləri var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR