Bank Of Baku

Talışların adından istifadə edən bir qrup şəxsin Azərbaycanın Rusiyadakı səfirliyi önündə keçirmək istədiyi aksiya təşkilatçıların gəlməməsi səbəbindən baş tutmayıb

Talışların adından istifadə edən bir qrup şəxsin Azərbaycanın Rusiyadakı səfirliyi önündə keçirmək istədiyi aksiya təşkilatçıların gəlməməsi səbəbindən baş tutmayıb
# 15 mart 2007 16:52 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan səfirliyinin müşaviri Baxış Zeynalov məlumat verib. Aksiyanın baş tutmamasına səbəb tədbirin təşkilatçılarının piketə qatılmamasıdır. Baxış Zeynalov bu gün saat 17.00 radələrində səfirlik önünə 5-10 nəfərin toplaşdığını deyib: “Aksiyanın təhlükəsizliyini təmin edən milis nəfərləri aksiya keçirmək üçün Moskva şəhər rəhbərliyinə ünvanlanmış müraciətin müəllifinin orada olmamasını əsas gətirərək səfirlik önünə toplaşanlardan ərazini tərk etməyi tələb edib. Səfirlik qarşısına gələn 5-10 nəfər də sakitcə dağılışıblar”. Qeyd edək ki, “Talış” Regional Milli-Mədəni Muxtariyyət təşkilatı və Talış Mədəniyyətinin İntibahı Beynəlxalq Fondu Rusiya paytaxtında fəaliyyət göstərən kütləvi informasiya vasitələrinə Azərbaycan səfirliyi qarşısında aksiya keçiriləcəyi barədə press-reliz göndərib. Press-relizdə Moskva şəhər rəhbərliyi tərəfindən sanksiyalaşdırılmış bu aksiyanın guya Azərbaycanda talış xalqının diskriminasiyaya uğramasına etiraz əlaməti olaraq keçiriləcəyi qeyd olunub. Lakin təşkilatçılar aksiyaya qatılmadıqları üçün tədbir baş tutmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR