Bank Of Baku

Rusiya XİN: “Rusiya Xəzərin təbii ehtiyatlarından sahilyanı dövlətlərin kollektiv şəkildə istifadəsini istəyir”

Rusiya XİN: “Rusiya Xəzərin təbii ehtiyatlarından sahilyanı dövlətlərin kollektiv şəkildə istifadəsini istəyir”
# 16 mart 2007 08:38 (UTC +04:00)
“Rusiya Xəzərin təbii ehtiyatlarından sahilyanı dövlətlərin kollektiv şəkildə istifadə etməsinin zəruriliyi ilə bağlı mövqeyini dəyişməyib”. APA-nın məlumatına görə, bu fikirləri Rusiya Dövlət Dumasında çıxışı zamanı Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Aleksandr Qolovin söyləyib. Dumada “Xəzər hövzəsində yerləşən MDB ölkələrinin enerji və ekoloji təhlükəsizliyinin hüquqi təminatı problemləri” mövzusunda keçirilən dinləmələr zamanı Aleksandr Qolovin bildirib ki, hövzənin təbii ehtiyatlarından kollektiv şəkildə istifadə Rusiyanın maraqlarına cavab verir. “Rusiyanın Xəzər probleminə baxışının əsasında bu prinsip dayanır. Xəzərin bioresurslarından istifadə və bu ehtiyatların qorunması üçün xüsusi vahid rejimin tətbiqi vacibdir. Ekspertlər bunun üçün Xəzərin hüquqi statusunun tənzimlənməsi Konvensiyası üzərində işi davam etdirirlər. Konvensiyanın qəbulu həm də ticarət gəmiçiliyi, bioresursların qorunması, hidrometeorologiya sahəsində səmərəli əməkdaşlığın təşkili baxımından vacibdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR