Bank Of Baku

Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
# 16 mart 2007 12:12 (UTC +04:00)
Azərbaycan Yolu Siyasi Hərəkatının (AYSH) bir qrup üzvü Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında icazəsiz piket keçirib. AYSH-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, piketdə Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlarının pozulmasına və Azərbaycan dilində olan məktəblərin bağladılmasına etiraz edilib. Aksiyada piket iştirakçıları tərəfindən “Gürcüstanda yaşayan azərbaycanlıların təhsil hüququ qorunsun!”, “Gürcüstan rəhbərliyi, ayrı-seçkiliyə son qoy!” və “Gürcüstanda yaşayan azərbaycanlılara qarşı diskriminasiya siyasətinə son qoyulsun!” şüarları səsləndirilib. Aksiyanın sonunda piketin qətnaməsi oxunub. Qətnamə səfirliyə təqdim edilib. Piket insidentsiz ötüşüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR