Bank Of Baku

GUAM hələlik hüquqi baxımdan mövcud deyil

GUAM hələlik hüquqi baxımdan mövcud deyil
# 16 mart 2007 12:32 (UTC +04:00)
“Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM hüquqi cəhətdən mövcud deyil, çünki lazımi sənədləri hələlik yalnız Azərbaycan və Gürcüstan ratifikasiya ediblər”. Bu sözləri “Novosti-Qruziya” agentliyinə müsahibəsində qurumun baş katibi, Gürcüstan xarici işlər nazirinin birinci müavini Valeri Çeçelaşvili deyib. O bildirib ki, digər iki dövlət - Moldova və Ukrayna yaxın iki ayda sənədləri ratifikasiya edəcəklər və bundan sonra Kiyevdə təşkilatın beynəlxalq katibliyi fəaliyyətə başlayacaq: “Quruma yeni üzvlərin qəbulu da bundan sonra baş verə bilər”. V. Çeçelaşvili quruma bir sıra beynəlxalq təşkilatların, Yaponiya, Qazaxıstan, Şərqi Avropa ölkələri və Çinin maraq göstərdiyini söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR