Bank Of Baku

İslam Partiyası Əli Bayramlı rayon təşkilatının sədri: “Partiyada şəxsiyyətə pərəstiş kompleksi formalaşır”

İslam Partiyası Əli Bayramlı rayon təşkilatının sədri: “Partiyada şəxsiyyətə pərəstiş kompleksi formalaşır”
# 16 mart 2007 16:29 (UTC +04:00)
“İki ilə yaxındır İslam Partiyasının fəaliyyəti hiss edilmir və partiyanın mayda olacaq qurultayına qədər də daxili problemlərin həll ediləcəyinə inanmıram”. Bu sözləri APA-ya Azərbaycan İslam Partiyası Əli Bayramlı rayon təşkilatının sədri Vəliyullah Cəlilov bildirib. V. Cəlilov bildirib ki, partiya daxilindəki fəaliyyətsizliklə bağlı dəfələrlə AİP sədrinə müraciət etsə də, tədbir görülməyib. O, təşkilatın rəhbərliyində şəxsiyyətə pərəstiş kompleksinin formalaşdığını da deyib: “Bu gün İslam Partiyasında gedən proseslər dinimizə və təşkilatın nizamnaməsinə ziddir. Qurultaya hazırlıq məqsədilə yaradılan Təşkilat Komitəsində də özlərinə sərf edən adamları toplayıblar. Mən dəfələrlə təklif etmişəm ki, ya partiyanın rəhbərliyinə daha aktiv lider gəlsin, ya da partiya rəsmi şəkildə öz fəaliyyətinə xitam versin. Bundan sonra yeni qurum yaradılsın və məqsədlərimizi o təşkilatda reallaşdıraq”. AİP sədri Hacı Hacıağa Nuri isə APA-ya açıqlamasında bildirib ki, V. Cəlilovun fikirlərinə hörmət edir, lakin bunun üçün partiyanın toplantıları var və orada öz fikirlərini açıq şəkildə ifadə edə bilər. Partiyanın fəaliyyətsizliyinə gəldikdə, H. Nuri bu fikri də əsassız adlandırıb: “Bu gün ölkənin bütün siyasi partiyaları özünün ətalət dövrünü yaşayır. Belə ictimai-siyasi vəziyyətdə İslam Partiyasını fəaliyyətsizlikdə ittiham edilməsi düzgün deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR