Bank Of Baku

Elmar Məmmədyarov İordaniya, Suriya və Livana gedəcək

Elmar Məmmədyarov İordaniya, Suriya və Livana gedəcək
# 19 mart 2007 11:20 (UTC +04:00)
Aprelin 8-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Yaxın Şərq regionuna rəsmi səfəri başlayacaq. Azərbaycanın Livandakı fəxri konsulu Nazih Qassubun APA-ya verdiyi məlumata görə, bir həftəlik səfər çərçivəsində nazir ilk olaraq İordaniyaya gedəcək. E. Məmmədyarov İordaniya kralı I Hüseyn, baş nazir Əli Əbu Raheb və xarici işlər naziri Əbdül İlah Əl Xatiblə görüşəcək. Daha sonra isə nazir Suriyaya yollanacaq və bu ölkədəki Azərbaycan səfirliyinin açılışında iştirak edəcək. E. Məmmədyarovun Livana səfəri də nəzərdə tutulub. Hazırda Suriya və Livana səfərin detalları dəqiqləşdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR