Bank Of Baku

Ukrayna Ali Akademik Şurasının Azərbaycan prezidentini layiq gördüyü “İlin Adamı” mükafatı səfir Tələt Əliyevə təqdim olunub

Ukrayna Ali Akademik Şurasının Azərbaycan prezidentini layiq gördüyü “İlin Adamı” mükafatı səfir Tələt Əliyevə təqdim olunub
# 19 mart 2007 11:21 (UTC +04:00)
Martın 17-də Kiyevdə “Ukrayna” Milli İncəsənət Sarayında Ali Akademik Şurasının beynəlxalq və milli mükafatlarının təqdimetmə mərasimi keçirilib. Azərbaycan prezidenti İlham Əliyevin ictimai-siyasi fəaliyyətinə görə layiq görüldüyü “İlin Adamı” beynəlxalq mükafatını Ali Radanın deputatı Mixaylo Pojivanov Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyevə təqdim edib. Səfir T. Əliyev APA-ya bildirib ki, mərasimdə İ. Əliyev haqqında yüksək fikirlər söylənilib, Azərbaycan prezidenti haqqında qısametrajlı film nümayiş edilib. T. Əliyev prezidentin adından Şuraya və mükafatın verilməsi üçün səs vermiş Şura üzvlərinə minnətdarlıq bildirib. Səfir deyib ki, Azərbaycan prezidentinin böyük əməyi nəticəsində son iki il ərzində ölkələrimiz arasında əlaqələr yeni eraya gədəm qoyub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR