Bank Of Baku

Araz Əzimov NATO və Avropa Birliyinin rəsmiləri ilə məsləhətləşmələr aparacaq

Araz Əzimov NATO və Avropa Birliyinin rəsmiləri ilə məsləhətləşmələr aparacaq
# 19 mart 2007 13:44 (UTC +04:00)
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Brüsselə gedib. XİN-in Mətbuat və İnformasiya İdarəsindən APA-ya verilən məlumata görə, A. Əzimov NATO-nun və Avropa Birliyinin rəsmi şəxsləri ilə məsləhətləşmələr aparacaq. Onun AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi, Avropa Komissiyasının təmsilçiləri və NATO baş katibinin müavinləri ilə görüşləri nəzərdə tutulub. Bundan başqa, azərbaycanlı diplomat Avropa Siyasət Mərkəzində çıxışı edəcək. Səfər martın 20-də başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR