Bank Of Baku

Avropa Şurasının insan haqları üzrə komissarının Azərbaycana səfəri təxirə salınıb

Avropa Şurasının insan haqları üzrə komissarının Azərbaycana səfəri təxirə salınıb
# 19 mart 2007 15:19 (UTC +04:00)
Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberqin Azərbaycana səfəri təxirə salınıb. T. Hammerberqin ofisindən APA-ya verilən məlumata görə, buna səbəb komissarın insan haqları ilə bağlı bir sıra məsələləri müzakirə etmək üçün Nyu-Yorka yola düşməsidir. Səfərin aprel ayında gerçəkləşdirilməsi nəzərdə tutulsa da, Avropa Şurası Parlament Assambleyasının sessiyası ilə əlaqədar bu variant da məqbul sayılmayıb. Hazırda səfər oktyabr ayının birinci yarısına planlaşdırılır. T. Hammerberq səfərini təxirə saldığına görə Azərbaycan hökumətindən üzrxahlıq edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR