Bank Of Baku

Metyu Brayza: “Elmar Məmmədyarovla Kondoliza Raysın imzalayacaqları Memorandumda təbii qazın Avropa bazarına çatdırılması üçün “yeni nəsil” boru kəmərlərinin inşası dəstəklənir”

Metyu Brayza: “Elmar Məmmədyarovla Kondoliza Raysın imzalayacaqları Memorandumda təbii qazın Avropa bazarına çatdırılması üçün “yeni nəsil” boru kəmərlərinin inşası dəstəklənir”
# 19 mart 2007 17:43 (UTC +04:00)
Bunu APA-nın ABŞ bürosuna eksklüziv açıqlamasında ABŞ dövlət katibinin müavini Metyu Brayza deyib. Anlaşma Memorandumunu “çox vacib sənəd” adlandıran M. Brayza bildirib ki, yeni nəsil boru kəmərləri deyərkən Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Yunanıstan və İtaliyaya çıxışını təmin edəcək əlavə borunu və Orta Asiyadan təbii qazın ixracını həyata keçirəcək, Xəzər dənizinin altından keçməsi nəzərdə tutulan digər boru kəmərini nəzərdə tutur. Onun sözlərinə görə, Azərbaycanın Şərqi Avropa ölkələrini qazla təmin edən ciddi alternativ mənbə olması üçün Yunanıstan və İtaliyaya çıxan xətlərin tez bir zamanda təhvil verilməsi lazımdır. M. Brayza işlərin sürətləndirilməsi məqsədilə işçi komissiyanın yaradılacağını və Azərbaycanın ciddi ambisiyaları reallaşdırmağa hazır olduğunu bəyan edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR