Bank Of Baku

Türkiyənin Azərbaycandakı səfirliyi Xırdalanda məskunlaşan məcburi köçkünlərə bayram sovqatı aparıb

Türkiyənin Azərbaycandakı səfirliyi Xırdalanda məskunlaşan məcburi köçkünlərə bayram sovqatı aparıb
# 20 mart 2007 12:44 (UTC +04:00)
Bu gün Türkiyənin Azərbaycandakı səfirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Xırdalan şəhərində məskunlaşan məcburi köçkünlərə bayram sovqatı aparıb. APA-nın məlumatına görə, bu məqsədlə Xirdalanda yerləşən Mədəniyət Evində məburi köçkünlərlə görüş keçirilib. Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahyyətli səfiri Hüseyn Avni Qarslıoğlu Novruzun Azərbaycan və Türkiyə üçün əziz bayram olduğunu bildirib: “Mən Sizin dərdi və çətinlikləri hiss edirəm, çünki mənim ata-babalarım da, Qarsdan zorla köçürülüblər. Gətirilən sovqatı yardım deyil, qardaş payı kimi qəbul edin”. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Koitəsinin sədri Hicran Hüseynova isə Novruzun Azərbaycan və Türk xalqlarının ümid bayramı olduğunu bildirib. H. Hüseynova məcburi köçkünlərə növbəti bayramı ata-baba yurdlarında qarşılamağı və bu ilin qayıdış ili olmasını arzulayıb. Sonra bayram hədyyələri paylanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR