Bank Of Baku

Sabah AŞPA Monitorinq Komitəsində Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklər məsələsi müzakirə olunacaq

Sabah AŞPA Monitorinq Komitəsində Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklər məsələsi müzakirə olunacaq
# 27 mart 2007 07:41 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, toplantıda öhdəliklərlə bağlı Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Toni Lloydun hazırladıqları məruzələr ətrafında fikir mübadiləsi aparılacaq. Müzakirələrdə Azərbaycandan Monitorinq Komitəsinin üzvləri - Milli Məclisin Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Gültəkin Hacıyeva və Aydın Abbasov iştirak edəcəklər. Nümayəndə heyəti artıq Strasburqa yola düşüb.
Qeyd edək ki, S. Seyidov APA-ya açıqlamasında Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklər məsələsinin qurumun yaz sessiyasının gündəliyinə salındığını bildirib. S. Seyidov onu qeyd edib ki, həmməruzəçilərin hazırladıqları məruzəyə dair Azərbaycanın mövqeyini əks etdirən sənəd artıq qarşı tərəfə təqdim olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR