Bank Of Baku

MSK sədri Məzahir Pənahov ABŞ-a gedib

MSK sədri Məzahir Pənahov ABŞ-a gedib
# 27 mart 2007 08:40 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ABŞ-a səfərə gedib. Bu barədə APA-ya MSK-nın mətbuat xidmətindən məlumat daxil olub. Seçki Sistemləri üzrə Beynəlxalq Fondun prezidenti R. Saudriettenin Ümumdünya Seçki Təşkilatı adından ünvanladığı dəvətə əsasən həyata keçirilən səfər martın 31-nə qədər davam edəcək. Səfərin məqsədi Ümumdünya Seçki Təşkilatının Vaşinqtonda keçiriləcək konfransında iştirak etməkdir. Konfrans zamanı bir sıra seçki məsələlərinin müzakirəsi nəzərdə tutulub. Qeyd edək ki, Ümumdünya Seçki Təşkilatının konfransı dünya seçki qurumları rəhbərlərinin təcrübə mübadiləsi və təmaslarının qurulması məqsədilə bir araya gəldiyi əsas yığıncaqdır və bu konfranslar 1999-cu ildən başlayaraq keçirilir. M. Pənahovun səfər çərçivəsində bir sıra görüşləri də nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR