Bank Of Baku

Sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclası başlayıb

Sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclası başlayıb
# 27 mart 2007 09:26 (UTC +04:00)
APA-nın xəbərinə görə, komissiyaya Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiya tərəfdən isə xarici işlər nazirinin müavini Aleksandr Yakovenko başçılıq edir. X. Xələfov jurnalistlərə açıqlamasında bildirib ki, komissiyanın iki günlük toplantısında müvafiq protokollar razılaşdırılacaq və bunun əsasında müqavilə layihəsi hazırlanacaq. A. Yakovenko isə sərhəddə bir sıra razılaşdırılmamış sahələr qaldığını və iki gün ərzində bu məsələni müzakirə edəcəklərini deyib. Ancaq o, bütün mübahisələrin bu il həll olunacağına dair vəd verməkdən çəkinib: “Bu məsələlər peşəkar yanaşma tələb edir və onları dərhal həll etmək mümkün deyil. Mən hesab edirəm ki, son nəticədə hansısa ortaq mövqe tapacağıq. Konkret tarix söyləyə bilmərəm, çalışacağıq ki, məsələləri tezliklə yoluna qoyaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR