Bank Of Baku

“31 mart 1918-ci il - ermənilərin Azərbaycan türklərinə qarşı soyqırımı” adlı beynəlxalq konfrans keçirilib

“31 mart 1918-ci il - ermənilərin Azərbaycan türklərinə qarşı soyqırımı” adlı beynəlxalq konfrans keçirilib
# 27 mart 2007 10:43 (UTC +04:00)
Azəri-Türk Qadınlar Birliyinin təşkilatçılığı ilə “31 mart 1918-ci il - ermənilərin Azərbaycan türklərinə qarşı soyqırımı” adlı beynəlxalq konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən birliyin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, qonşu dövlətlərin və dünyanın imperialist qüvvələri tərəfindən aparılan antitürk və antimüsəlman siyasəti nəticəsində Azərbaycanda və Osmanlı dövlətinin ərazilərində türklər kütləvi qırğına məruz qalıblar. O, Azərbaycanda bu qırğınların geniş vüsət aldığını və 1918-ci ilin fevral mart aylarında Cənubi Azərbaycanın Xoy, Səlmas, Urmiya, Maku və başqa şəhərlərində 150 min, İrəvan quberniyasında 155 min, Zəngəzurda 15 min, Bakıda 15 min, Şamaxıda 7 min, Qubada 3 min türkün erməni-rus hərbi birləşmələri tərəfindən qətlə yetirildiyini vurğulayıb. Konfransda çıxış edən Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Qarslıoğlu bu tarixi faktların havadarlarının dəstəyi ilə ermənilər tərəfindən saxtalaşdırıldığını bildirib. Səfir Avropanı və dünya ictimaiyyətini ermənilərin bu saxtakarlığına diqqət yetirməyə çağırıb. Onun sözlərinə görə, türk dünyasına yönələn bu təzyiqlərin qarşısı eyni kökdən olan millətlərin birliyi sayəsində alına bilər. Milli Məclisin deputatı Fəzail İbrahimli isə mart qırğınları zamanı bölgədəki ictimai-siyasi vəziyyəti dəyərləndirib. Tədbirdə erməni-rus hərbi birləşmələrinin 1918-ci ilin fevral-mart aylarında Azərbaycanda törətdikləri soyqırımdan bəhs edən sənədli film nümayiş etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR