Bank Of Baku

“Azərbaycan bələdiyyə sistemi” jurnalı ilə Rusiyanın “Uprava” jurnalının redaksiyası arasında əməkdaşlıq sazişi imzalanıb

“Azərbaycan bələdiyyə sistemi” jurnalı ilə Rusiyanın “Uprava” jurnalının redaksiyası arasında əməkdaşlıq sazişi imzalanıb
# 27 mart 2007 10:53 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) rüblük dərgisi olan “Azərbaycan bələdiyyə sistemi” jurnalının redaksiyası ilə Rusiyanın paytaxtı Moskvada dərc olunan “Uprava” jurnalının redaksiyası arasında əməkdaşlıq sazişi imzalanıb. Bu barədə APA-ya AVCİYA-dan məlumat daxil olub. İki aydan artıq aparılan danışıqlar nəticəsində saziş martın 23-də imzalanıb. İki ölkənin qanunvericilik aktlarına söykənən sazişdə tərəflər öz səlahiyyətləri çərçivəsində hər iki ölkədə formalaşan yerli özünüidarəetmə orqanlarının, elm-tədris mərkəzləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına yardımçı olmaq, kadrların ixtisasının artırılması və peşəkar təlim kurslarının təşkili, tərəflərin fəaliyyəti haqqında, elmi-praktik materialların mübadiləsi, jurnalistlər arasında müsabiqələrin təşkili məsələlərində əməkdaşlıq ediləcək. Tərəflər fikir və təcrübə mübadiləsi məqsədi ilə altı ayda bir dəfədən az olmayaraq, qarşılıqlı məsləhətləşmələr həyata keçirəcəklər. Rusiya tərəfdən sazişi jurnalın baş redaktoru Rüstəm Xansverov imzalayıb. Qeyd edək ki, “Uprava” jurnalı Rusiya Bələdiyyə Akademiyasının aylıq dərgisidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR