Bank Of Baku

Sərdar Cəlaloğlunun “Milli yol” qəzetinə qarşı məhkəmə iddiasına baxılıb

Sərdar Cəlaloğlunun “Milli yol” qəzetinə qarşı məhkəmə iddiasına baxılıb
# 27 mart 2007 11:23 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) bir hissəsinə rəhbərlik edən Sərdar Cəlaloğlunun “Milli yol” qəzetinə qarşı Səbayel Rayon Məhkəməsində qaldırdığı iddia ilə bağlı bu gün hazırlıq iclası keçirilib. Bu barədə APA-ya partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Taliyət Əliyev məlumat verib. Onun sözlərinə görə, S.Cəlaloğlu sözügedən qəzetin 22 fevral 2007-ci il tarixli sayında “Sərdar Cəlaloğlu hakimiyyətdən ilk qonorarını aldı” başlıqlı yazıda ona böhtan atıldığını bildirib. Məhkəməyə iki iddia ərizəsi təqdim edən S. Cəlaloğlu şərəf və ləyaqətinin təhqir olunduğunu bildirib, qəzetin yazı ilə bağlı təkzib verməsini və ondan üzr istəməsini tələb edib. Digər ərizədə isə o, xüsusi ittiham qaydasında işin araşdırılmasını və cinayət işinin açılmasını istəyib. Qeyd edək ki, yazıda S. Cəlaloğlunun dövlət məmurlarından 300 min dollar pul aldığı iddia olunub. Alim Namazovun sədrliyi ilə keçirilən hazırlıq iclasında hakim tərəflərin fikri ilə tanış olub və növbəti iclas aprelin 2-nə təyin edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR