Bank Of Baku

Hüseyn Avni Qarslıoğlu: “1918-ci ildə Azərbaycanda ermənilər tərəfindən törədilən qətliamları unutmamalıyıq”

Hüseyn Avni Qarslıoğlu: “1918-ci ildə Azərbaycanda ermənilər tərəfindən törədilən qətliamları unutmamalıyıq”
# 27 mart 2007 13:12 (UTC +04:00)
“1918-ci ildə Azərbaycanda ermənilər tərəfindən törədilən qətliamları unutmamalıyıq. Nəzərə almalıyıq ki, bu qətllər təkcə türklərə qarşı yox, bütün müsəlmanlara qarşı planlı şəkildə törədilib”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Qarslıoğlu deyib. O, 1915-ci ildə baş verən hadisələrin araşdırılması istiqamətində Ermənistanın Türkiyə ilə əməkdaşlıq etməməyindən təəssüfləndiyini də bildirib: “Türkiyə Ermənistanla birgə tarix komissiyasının yaradılmasının və faktların araşdırılmasının tərəfdarıdır. Lakin Ermənistan bu istiqamətdə birgə fəaliyyətdən yayınır və heç bir dəlil olmadan Türkiyəni ermənilərə qarşı soyqırım törətməkdə ittiham edir. Hesab edirəm ki, araşdırmalar aparılarsa, şəxsi arxivlərdə də araşdırmalar aparılsın. Məsələn, Bostonda bəzi təşkilatların arxivlərində bu hadisələrlə bağlı maraqlı sənədlər mövcuddur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR