Bank Of Baku

“Azadlıq” blokunun Sədrlər Şurasının iclası keçirilib

“Azadlıq” blokunun Sədrlər Şurasının iclası keçirilib
# 27 mart 2007 13:12 (UTC +04:00)
Bu gün “Azadlıq” blokunun Sədrlər Şurasının növbəti iclası keçirilib. Bu barədə APA-ya blokun Sədrlər Şurasının üzvü, AXCP sədri Əli Kərimli məlumat verib. Onun sözlərinə görə, bugünkü iclasda blokun Məclisinin növbəti iclasına hazırlıq məsələləri müzakirə edilib. Məclisin iclasının martın 28-də keçiriləcəyini bildirən Ə. Kərimli bugünkü toplantıda Məclisin gündəliyi ilə bağlı müzakirələr aparıldığını qeyd edib. AXCP sədri Məclis üzvlərinin sayının 100 nəfərdən 120 nəfərə çatdırıldığını və hər partiyadan 40 nəfərin Məclisə üzv seçildiyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR