Bank Of Baku

Azərbaycanda səfərdə olan Çin Kommunist Partiyasının nümayəndə heyəti YAP rəhbərliyi ilə görüş keçirib

Azərbaycanda səfərdə olan Çin Kommunist Partiyasının nümayəndə heyəti YAP rəhbərliyi ilə görüş keçirib
# 27 mart 2007 13:13 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin xarici əlaqələr departamentinin rəis müavini Ma Venpunun bu gün Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi ilə görüş keçirib. APA-nın məlumatına görə, YAP-ın dəvəti ilə Azərbaycana gələn Çin kommunistləri əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. Sonra partiyanın qərargahında görüş keçirilib. Ma Venpunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə YAP icra katibi Əli Əhmədov, icra katibinin müavinləri Mübariz Qurbanlı, Siyavuş Novruzov və digərləri iştirak edib. Qarşılıqlı səfərlərin iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə müsbət təsir göstərdiyini bildirən Ə. Əhmədov bu əlaqələrin davam etdirilməsinin vacib olduğunu qeyd edib: “Çin Kommunist Partiyası ilə YAP arasında yaxşı əlaqələr var və bu əlaqələrin daha da genişləndirilməsi perspektivləri mövcuddur”.
Çin Kommunist Partiyasının təmsilçisi Ma Venpu isə ölkəsinin beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Çinlə Azərbaycan arasında diplomatik əlaqələr yüksək səviyyədədir və bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 15 ili tamam olur. Görüşdə digər məsələlər barəsində də müzakirələr aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR