Bank Of Baku

Müsavat Partiyası Divanının iclası keçirilib

Müsavat Partiyası Divanının iclası keçirilib
# 27 mart 2007 15:03 (UTC +04:00)
Bu gün Müsavat Partiyası Divanının iclası keçirilib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, iclasda partiya başqanı İsa Qəmbər Belarus səfəri ilə bağlı Divan üzvlərinə məlumat verib. Partiya Məclisinin martın 31-də keçiriləcək iclasına hazırlıqla bağlı müzakirələr aparılıb və iclasın gündəliyi ilə bağlı təkliflər irəli sürülüb. A. Hacılının sözlərinə görə, Məclisin iclasında qurumda boş qalmış yerlərə seçkilər keçiriləcək. Divanın iclasında həmçinin, partiyanın aprelin 29-na təyin etdiyi yürüş-mitinqə hazırlıqlarla bağlı fikir mübadiləsi aparılıb. “Həzi Aslanov” metro stansiyası Ukrayna meydanı marşrutu ilə keçiriləcək aksiya üçün sabah Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR