Bank Of Baku

Müxalifət partiyaları Qarabağ problemi ilə bağlı prezidentlə görüşməyə hazır olduqlarını bəyan edirlər

Müxalifət partiyaları Qarabağ problemi ilə bağlı prezidentlə görüşməyə hazır olduqlarını bəyan edirlər
# 06 iyun 2007 16:01 (UTC +04:00)
“Biz ümummilli məsələlərlə bağlı hakimiyyətlə dialoq aparmağa hər zaman hazırıq. Xüsusilə söhbət Qarabağ problemindən gedirsə, bu müzakirələrdə iştirakı vacib sayırıq”. Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ATƏT sədri Migel Anhel Moratinosla müxalifət liderləri arasında keçirilən görüş zamanı ATƏT sədrinin Qarabağ problemi ilə bağlı prezidentin müxalifətlə görüşəcəyi haqda fikrinə münasibət bildirərkən deyib. Ə. Kərimlinin sözlərinə görə, problem Konstitusiya çərçivəsində, beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində nizama salınmalıdır: “Bununla bağlı hər hansı dövlət tərəfindən bu istiqamətdə səylər göstərilərsə, bizim tərəfimizdən heç bir etiraz olmayacaq. Əgər danışıqlar Konstitusiyaya uyğun olmayacaqsa, bu zaman müxalifətin ciddi etirazı olacaq. İstənilən halda biz Qarabağla bağlı ölkə rəhbərliyi ilə dialoqa hazırıq”. Ə. Kərimli onu da qeyd edib ki, görüşdə ATƏT sədri konkret görüşlə bağlı danışmayıb: “Sadəcə, müzakirə zamanı vurğulanmışdı ki, Dağlıq Qarabağ problemi yalnız iki dövlət başçısının yox, iki dövlətin və millətin problemidir. Buna görə də dövlət və millət bu işdə iştirak etməlidir. ATƏT-in sədri bu kontekstdə dedi ki, əgər müzakirələr həlledici mərhələyə qədəm qoysa, yəqin ki, dövlət başçısı müxalifətlə bu barədə məsləhətləşmələr aparar. Yəni bu konkret vaxtı, şəraiti bəlli olmayan bir fikirdir”.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı isə hesab edir ki, belə görüşlər ATƏT-in təşəbbüsü ilə yox, ölkə daxilində siyasi qüvvələrin razılığı ilə ildə 1-2 dəfə keçirilməlidir. Partiya sədri Dağlıq Qarabağ məsələsi ilə bağlı siyasi qüvvələr arasında müzakirələri vacib sayıb və bu prosesdə iştirak edəcəyini deyib: “Hesab edirəm ki, proseslər həlledici mərhələyə çatan zaman bütün siyasi qüvvələrin iştirakı ilə geniş formatda ölkə rəhbərliyi müzakirələr aparacaq. Çünki bu məsələdə müxalifətin fikrini öyrənmək vacibdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR