Bank Of Baku

Corc Buş: “Fəxr edirik ki, bir çox Amerika azərbaycanlıları vətənimizi yaşamaq üçün daha yaxşı yerə çeviriblər”

Corc Buş: “Fəxr edirik ki, bir çox Amerika azərbaycanlıları vətənimizi yaşamaq üçün daha yaxşı yerə çeviriblər”
# 07 iyun 2007 08:16 (UTC +04:00)
Məktubda deyilir: “Mən Amerikanın Azərbaycan icmasının 50 illik yubileyini qeyd edən bütün insanlara öz təbrikimi çatdırıram. Əsrlər boyu bütün dünyadan insanlar bizim ölkəyə pənah gətirərək azadlığa nail olmaq və öz arzularını həyata keçirmək istəyiblər. Amerika müxtəlif millətlərin köməyi və xidməti sayəsində daha ümidverici və parlaq ölkəyə çevrilib. İstedadınız, bacarığınız və işgüzarlığınız sayəsində Amerika azərbaycanlıları digər millətlərə nümunə olmuş, ölkəmizin uğuruna və varlanmasına xidmət etmişdir. Mən adətlərinizi, mədəniyyətinizi və tarixinizi saxlamağınızı alqışlayıram. Fəxr edirik ki, bir çox Amerika azərbaycanlıları vətənimizin varlığına xidmət edərək Amerikanı yaşamaq üçün daha yaxşı yerə çeviriblər. Həyat yoldaşım Laura və mən bu xüsusi mərasimlə bağlı sizə öz təbrikimizi yollayırıq”.
Qeyd edək ki, Amerika Azərbaycan Cəmiyyətinin 50 illik yubileyi münasibətilə bu il oktyabrın 18-də Nyu-Yorkun mərkəzində təntənəli mərasim keçiriləcək. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR