Bank Of Baku

Elmar Məmmədyarov Vladimir Ruşaylonu qəbul edib

Elmar Məmmədyarov Vladimir Ruşaylonu qəbul edib
# 07 iyun 2007 08:36 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov MDB İcraiyyə Komitəsinin sədri Vladimir Ruşaylonu qəbul edib. Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, V. Ruşaylo MDB məkanında humanitar əməkdaşlığın inkişaf etdirilməsini, təhsil və mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsini önəmli saydığını, bu məqsədlə humanitar əməkdaşlıq üzrə fondun təsis olunduğunu diqqətə çatdırıb. V. Ruşaylo həmçinin Sankt-Peterburqda 8-10 iyun tarixlərində keçiriləcək XI beynəlxalq iqtisadi forum barədə məlumat verib. Öz növbəsində E. Məmmədyarov MDB daxilində humanitar əməkdaşlığın inkişafına yönəlmiş layihələri müsbət qiymətləndirib və Azərbaycanın MDB dövlətləri ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini qeyd edib. V. Ruşaylo Azərbaycanın artan siyasi və iqtisadi əhəmiyyətini vurğulayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin həllinin və regionda sabitliyin bərpa olunmasının dövlətimizin daha da qüdrətlənməsinə geniş imkanlar açacağını qeyd edib, forum çərçivəsində münaqişə tərəfləri arasında gözlənilən ikitərəfli sülh danışıqlarında nailiyyətin əldə olunacağına ümidvar olduğunu bildirib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR