Bank Of Baku

Milli təhlükəsizlik naziri Eldar Mahmudov Əfqanıstanın daxili işlər nazirini qəbul edib

Milli təhlükəsizlik naziri Eldar Mahmudov Əfqanıstanın daxili işlər nazirini qəbul edib
# 07 iyun 2007 14:54 (UTC +04:00)
Bu gün Azərbaycanın milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov Əfqanıstan İslam Respublikasının daxili işlər naziri Zərar Əhməd Muqbili qəbul edib. Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən APA-ya verilən məlumata görə, E. Mahmudov görüşdə iki ölkə arasında tarixi-mədəni əlaqələrin, eləcə də hər iki dövlətin yerləşdiyi coğrafi məkanda bəzi oxşar problemlərin mövcud olduğunu bildirib. Azərbaycanda təhlükəsizliyin təmin olunması, cinayətkarlıqla mübarizə sahəsində nazirliyin gördüyü işlərdən danışan E. Mahmudov beynəlxalq terrorçu təşkilatlarla sıx əlaqələri olan mütəşəkkil transmilli cinayətkar qrupların zərərsizləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. O, antiterror koalisiyasının fəal üzvlərindən biri kimi Azərbaycanın mövqeyini xüsusi vurğulayıb. Nazir regiondakı vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi, nəzarət olunmayan ərazilərin doğurduğu fəsadlar, narkotrafik, qanunsuz miqrasiya, insan alveri və beynəlxalq terrorçuluğun maliyyələşdirilməsində rol oynayan digər faktorlar, bununla əlaqədar görülən adekvat tədbirlər barədə geniş məlumat verib. Zərar Əhməd Müqbil öz növbəsində bu cür görüşlərin transmilli cinayətkarlıqla, beynəlxalq terrorçuluqla mübarizədə hər iki dövlətin əməkdaşlıq əlaqələrinin qurulmasında böyük əhəmiyyət daşıdığını söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR