Bank Of Baku

Sabir Rüstəmxanlı: “Müxalifətin alyansını yaratmaq istəyənlər siyasətbazlıqla məşğul olan qüvvələrdir”

Sabir Rüstəmxanlı: “Müxalifətin alyansını yaratmaq istəyənlər siyasətbazlıqla məşğul olan qüvvələrdir”
# 07 iyun 2007 15:22 (UTC +04:00)
“Müxalifət partiyalarının yeni alyansını yaratmaq istəyənlər siyasətbazlıqla məşğul olan, illər uzunu müxalifətlə bağlı bütün ümidləri puça çıxaran qüvvələrdir. Onları radikalizm, mübarizə adı ilə müxalifətçilik prinsiplərini yerlə yeksan edib dağıdan qüvvələr hesab edirəm”. Bu açıqlamanı APA-ya Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı verib. Bu qüvvələrin alyans və ya başqa formada birləşməsini “gözdən pərdə asmaq kimi” dəyərləndirən millət vəkilinin fikrincə, onların normal iş görmək istəyi yoxdur: “Ona görə də belə bir qurumda təmsil olunmaq istəmirik”. S. Rüstəmxanlı alyansda birləşəcək partiyaların bu birliyində hər hansı perspektiv görmədiyini də deyib: “Onlar olan yerdə heç bir perspektiv görmürəm. Çünki tükənmiş qüvvələrdir, özlərini xərcləyiblər, bütün imkanları ortadadır, astar və üzləri məlumdur. Yəni nə üzləri, nə də astarları yoxdur, nəyə xidmət edirlər, o da məlumdur. Ona görə də həmin alyansda perspektiv ola bilməz. Perspektiv səmimi şəkildə millətə xidmət etmək istəyi olan, milli maraqlar qorunan yerdə ola bilər”. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə indidən alyansla bağlı fikir bildirməyi tez sayır. O, seçkilər öncəsi partiyalar arasında təmərküzləşmənin getməsini təbii sayır: “Buna sevinmək lazımdır, yersiz tənqid etməyə ehtiyac yoxdur. Görünür, Sabir Rüstəmxanlının ümidsizliyi bu günə qədər yaranmış birliklərin uzunömürlü olmaması ilə bağlıdır. Amma hələlik tələsmək lazım deyil”. Alyansdakı qüvvələrin siyasətbazlıqla məşğul olması ilə bağlı fikirlərə gəldikdə S. Cəlaloğlu bildirib ki, siyasətlə məşğul olan hər bir şəxsin müəyyən bir məqamda siyasətbazlıqla məşğul olduğunu deyib: “Yəni, vəziyyət gərgin olanda siyasət xətrinə siyasətlə məşğul olanda bu, siyasətbazlıq olur. Ölkədə ciddi ictimai-siyasi hadisələr baş vermirsə, siyasi dəyişikliklər yoxdursa, həmin ərəfədə atılan addımlar siyasətbazlıq sayıla bilər. Amma indi atılan addımlar siyasi reallığın diktəsi altında atılır”. Qeyd edək ki, müxalifət partiyalarının yeni alyansının yaradılması ilə bağlı ADP, Müsavat, AMİP, ASDP, Tərəqqi Partiyası, Azərbaycan Naminə İctimai Forum arasında müzakirələr başlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR