Bank Of Baku

Əfqanıstanın daxili işlər naziri Quba-Xaçmaz bölgəsinə gedib

Əfqanıstanın daxili işlər naziri Quba-Xaçmaz bölgəsinə gedib
# 08 iyun 2007 08:19 (UTC +04:00)
İyunun 7-də Əfqanıstanın daxili işlər naziri Zərar Əhməd Muqbil Xaçmaza gəlib. APA-nın şimal bürosunun məlumatına görə, qonağı Azərbaycan daxili işlər nazirinin müavini Əsgər Ələkbərov müşayiət edir. Axşam saatlarında əfqanıstanlı qonaq Xaçmaz şəhərindəki Heydər Əliyevin abidəsi önünə əklil qoyub. Xaçmaz Rayon Polis Şöbəsindən APA-ya bildiriblər ki, səfər tanışlıq xarakteri daşıyır. İyunun 8-də Əfqanıstanın daxili işlər naziri Qubada olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR