İosif Şaqal: “Azərbaycan səfirinin İsrail prezidentinə öz etimadnaməsini təqdim etməsi ilə bağlı keçiriləcək mərasimdə iştirak etməyi çox arzulayıram”
- Mən hesab edirəm ki, assosiasiya fəaliyyət göstərdiyi iki ay müddətində çox iş görə bilib. Bizim çoxlu perspektiv planlarımız var. Mən çox ümid edirəm ki, deputat səlahiyyətlərim başa çatana qədər İsraildə Azərbaycanın səfirliyi açılacaq. Bu, mənim arzumdur. Mən Azərbaycan səfirinin İsrail prezidentinə öz etimadnaməsini təqdim etməsi ilə bağlı keçiriləcək mərasimdə iştirak etməyi çox arzulayıram.
- Bu yaxınlarda ABŞ-da səfərdə olmusunuz. Bu səfər və orada yəhudi lobbisinin liderləri ilə keçirdiyiniz görüşlər haqqında məlumat verməyinizi istərdik.
- Biz Azərbaycanın diaspora üzrə dövlət komitəsi ilə sıx əməkdaşlıq şəraitində işləyirik və fəaliyyətimizi koordinasiya edirik. Komitənin sədri Nazim İbrahimov İsrailə səfəri zamanı XİN-də olarkən ABŞ-dakı yəhudi diasporasının Azərbaycan əleyhinə 907-ci düzəlişin ləğvi məsələsində
hansı rol oynaya biləcəyi məsələsi müzakirə olundu. Görüşdə XİN-in baş direktorunun müavini Mark Sofer də iştirak edirdi və mən ona Azərbaycanın İsrailə münasibətdə dostluq və tolerantlıq nümayiş etdirdiyini söylədim. Dedim ki, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının yaradılması bu ölkənin bizə nə qədər pozitiv yanaşdığını və maraqlarımızın nə qədər üst-üstə düşdüyünü göstərir. Görüşdə qərara alındı ki, cənab İbrahimov ABŞ-ın daxili və xarici siyasətinə ciddi təsir göstərən yəhudi təşkilatlarının liderləri ilə bir araya gəlməlidir. Bundan bir ay sonra Nyu-Yorkda ABŞ-dakı yəhudi lobbisinin liderləri ilə görüşdük. Azərbaycanı Nazim İbrahimov və BMT-dəki daimi nümayəndə Aqşin Mehdiyev, İsraili isə Azərbaycandakı səfir Artur Lenk təmsil edirdi. Çox xoş və konstruktiv söhbət oldu və mən hesab edirəm ki, biz irəliləməyə davam edəcəyik.
- Azərbaycanla Ermənistan arasındakı münaqişə ilə bağlı İsrailin rəsmi mövqeyi necədir?
- İsrail münaqişənin sülh yolu ilə həllini istəyir. Biz problemin sülh yolu ilə həllinə yönəlmiş beynəlxalq səyləri dəstəkləyirik və istənilən köməyi göstərməyə hazırıq. Rəsmi mövqeyə gəldiksə isə, demək lazımdır ki, həm İsrail, həm də Azərbaycan faktiki olaraq eyni şəraitdədir. Biz Azərbaycana ikinci Livan müharibəsi zamanı niyə Livanı dəstəklədiyinə dair sual vermirik. Ancaq bu, iki ölkə arasında gərginliyə və etirazlara səbəb olmadı. Azərbaycan heç vaxt İsrail-Fələstin qarşıdurması ilə bağlı mövqeyini açıqlamayıb. Mövqenin olmaması və ya bildirilməməsi elə mövqe deməkdir. Ona görə də mən istərdim ki, azərbaycanlı dostlarım və həmkarlarım bizim də təxminən eyni vəziyyətdə olduğumuzu anlasınlar. Bizim müharibəyə, Azərbaycan ərazilərinin işğalına münasibətimiz sual doğurmur. Mən Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünü diqqətlə izləyəcəyəm. Tərəflərdən hansınınsa qan tökülməsini arzuladığını düşünmürəm. Hamımız sülh istəyirik. Biz İsraildə yaşayaraq problemlərimizi böyük qanlar hesabına həll edirik və bunun nə qədər pis olduğunu bilirik. Biz sülh şəraitində yaşamaq istəyirik və Azərbaycan anaları kimi, biz də övladlarımızın ölməsini istəmirik. /APA/
Daxili siyasət
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq
Milli Məclisin iclası başlayıb
Xəbər Lenti
Bakıda beş ayda motosiklet və moped qəzalarında 5 nəfər ölüb
İrəvan meriyasında Paşinyanın partiyadaşları və müxalifət üzvləri arasında dava düşüb - VİDEO
Litva hökuməti istefa verib
Səfir: İran dondurulmuş aktivləri ilə nə edəcəyinə qərar verən yeganə ölkədir
ADY Çindən yeni yük və sərnişin lokomotivləri alır
Rusiya Krivoy Roqu ballistik raketlərlə vurub: 3 nəfər ölüb, 19 yaralı var
Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
ƏƏSMN-də dövlət qulluğuna yeni qəbul edilən əməkdaşların andiçmə mərasimi olub
İmişlidə ticarət obyektində yanğın söndürülüb- FOTO - VİDEO
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar
Lavrov: Ukrayna ilə danışıqları istənilən vaxt bərpa etməyə hazırıq
Ukrayna ordusu Kerçdə İES-i vurub, Krımın yarısı işıqsız qalıb
Kobaxidze: AŞPA özünü tamamilə dəyərsizləşdirib
İran Mərkəzi Bankı dondurulmuş aktivlərin həcmini 24 mlrd. dollar qiymətləndirir
Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar
Rusiya ordusu Ukraynanın 450-dən çox dronunu vurub
Lavrov Zelenskinin təhdidlərinə cavab verib: Rusiya Belarusu müdafiə etmək üçün hər şeyə hazırdır
ABŞ Konqresində azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair konfrans keçiriləcək
Şahmar Mövsümov: Kənd təsərrüfatında əsas diqqət hər hektardan daha çox məhsul və daha çox gəlir əldə etməyə yönəlməlidir
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Qaxda regional müşavirə keçirilib - FOTO - YENİLƏNİB
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
İH başçısı: Bu il Şəkidə tütün istehsalının 6 min tona çatdırılması proqnozlaşdırılır
Bəqayi: İranın müdafiə qabiliyyəti və raket gücü ABŞ-la müzakirə mövzusu olmayıb
Hikmət Hacıyev Azərbaycan və Türkmənistan Prezidentlərinin Şuşa səfərindən paylaşım edib - VİDEO
Qubada avtomobil 34 yaşlı kişini vuraraq öldürüb
İran XİN: ABŞ rəsmilərinin təhdidlərindən sonra birbaşa dialoqu dayandırdıq
Şəki-Zaqatalada iki yeni su anbarı 44 min ha torpağın su təminatını yaxşılaşdıracaq
İran zədələnmiş nüvə obyektlərinin AEBA tərəfindən yoxlanılmasının planlaşdırılmadığını bildirir
ADSEA: Ötən il 55 km-dən çox suvarma kanalı beton üzlüyə alınıb
Zaur Əliyev: 5 hektardan böyük əkin sahələrində lazer hamarlama vacibdir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 408 ton gübrə yola salınıb - FOTO
Moskva vilayətində raket xəbərdarlığı elan edilib
Nazir müavini: Şəki-Zaqatalanın aqrar potensialının reallaşması üçün suvarma sistemi həlledici rol oynayır
Şahmar Mövsümov: Dövlət Proqramı qarşıdakı beş ildə aqrar sektorun inkişaf istiqamətlərini müəyyən edən əsas strateji sənəddir
Azərbaycan və Türkmənistan prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər
Cəzaçəkmə yerlərindən azad edilmiş daha 444 şəxs işlə təmin edilib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ağcabədidə 16 yaşlı iki əmioğlu itkin düşüb
Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoquna təbrik ünvanlayıb
Daşınmaz əmlakla bağlı sorğulara cavab verilməməsinə görə cərimə müəyyənləşir
Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir, məsuliyyətdən azad edilmə halı olacaq
Toxumçuluq haqqında qanunvericiliyin tələbələrini pozanlar cərimələnəcək
Kibertəhlükəsizliyə dair tələblərin pozulmasına görə cərimələr müəyyənləşir
Qumar oyununda təkrar iştirak etməyə görə inzibati həbs tətbiq olunacaq
Kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə cərimələr tətbiq olunacaq
Kraudfandinqlə əlaqədar ödənişlər nağdsız aparılacaq
Kraudfandinq platforması ilə əlaqədar dövlət rüsumu müəyyənləşir
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir