Bank Of Baku

Sabah MDB Sərhəd Qoşunları Komandanları Şurasının 58-ci iclası keçiriləcək

Sabah MDB Sərhəd Qoşunları Komandanları Şurasının 58-ci iclası keçiriləcək
# 11 sentyabr 2007 12:16 (UTC +04:00)
MDB Sərhəd Qoşunları Komandanları Şurasının 58-ci iclası sentyabrın 12-13-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək. APA-nın MDB İcraiyyə Komitəsinin saytına istinadən yaydığı məlumata görə, komandanlar ölkələrinin sərhədləri ilə bağlı məlumat verəcək, sərhəd idarələrinin əməkdaşlığı ilə bağlı aktual problemləri müzakirə edəcəklər. Bu mövzu ilə bağlı Özbəkistanın Milli Təhlükəsizlik Xidmətinin Dövlət Sərhədi Mühafizəsi Komitəsi nümayəndəsinin “Əfqanıstan ərazisindən Özbəkistana terror aktlarında istifadə oluna biləcək ləvazimat, narkotik vasitələr və qeyri-qanuni miqrantların keçməsinin qarşısını almaq üçün tədbirlər haqqında” adlı məruzəsi dinləniləcək. İclas iştirakçıları birgə keçirilmiş xüsusi sərhəd əməliyyatları və əməliyyat-profilaktik tədbirlərin nəticələri barədə məlumat verəcək, Şuranın cari ildə gördüyü iş və 2008-ci il üçün iş planını müzakirə edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR