Bank Of Baku

88 saylı Göyçay və 89 saylı Göyçay-Ağdaş DSK-ların yeni inzibati binalarının açılış mərasimi keçirilib

88 saylı Göyçay və 89 saylı Göyçay-Ağdaş DSK-ların yeni inzibati binalarının açılış mərasimi keçirilib
# 11 sentyabr 2007 12:21 (UTC +04:00)
Bu gün Göyçayda iki Dairə Seçki Komissiyasının (DSK) yeni inzibati binalarının açılış mərasimi keçirilib. Göyçay Rayon İcra Hakimiyyətinin siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Eldəniz Məmmədovun APA-nın Aran bürosuna verdiyi məlumata görə, 88 saylı Göyçay və 89 saylı Göyçay-Ağdaş DSK-ların binalarının açılış mərasimində Göyçay RİH başçısı Mübariz Ağayev, Prezident Aparatının məsul əməkdaşı Rəhim Məmmədov və MSK üzvü Tofiq Həsənov da iştirak edib.
Qeyd edək ki, 38 məntəqəni və 36447 seçicini əhatə edən 88 saylı Göyçay DSK-nın yeni binası 7 otaqdan, 34 məntəqə və 37810 seçicini əhatə edən 89 saylı Göyçay-Ağdaş DSK-nın yeni binası isə 2 mərtəbə və 8 otaqdan ibarətdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR