Bank Of Baku

İranda həbs edilən vəkil Saleh Kamraninin taleyindən xəbər yoxdur

İranda həbs edilən vəkil Saleh Kamraninin taleyindən xəbər yoxdur
# 11 sentyabr 2007 13:04 (UTC +04:00)
İran türklərinin hüquqları uğrunda hərəkatın fəallarından olan vəkil Saleh Kamraninin hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasının səbəbləri və həbs-qətimkan tədbirinin müddəti barədə məlumat verilmir. S. Kamraninin həyat yoldaşı Mina Əsxəri APA-ya bildirib ki, hazırda Tehrandakı “Evin” həbsxanasında saxlanılan S. Kamrani vəkil tutmaq hüququndan da məhrum edilib. M. Əsxəri həyat yoldaşının taleyindən narahat olduğunu söyləyib: “İranda tutulan şəxsi istədikləri qədər həbsxanada saxlaya bilirlər. Bu, qanunsuzluqdur”. M. Əsxəri baş verənlərlə bağlı beynəlxalq qurumlara müraciət edəcəyini vurğulayıb.
Qeyd edək ki, S. Kamrani milli hüquqlarını tələb edən və buna görə həbs olunan bir çox şəxsin, o cümlədən Abbas Lisaninin vəkili olub. O, siyasi mövqeyinə görə 2006-cı ilin iyununda saxlanılıb və həmin ilin sentyabrında sərbəst buraxılıb. Avqustun 18-də isə S. Kamrani Tehran yaxınlığında yerləşən Kərəc şəhərində toy mərasimində iştirak edərkən yenidən həbs edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR