Bank Of Baku

Avropa İnsan Haqları Məhkəməsi ADP sədri Sərdar Cəlaloğlunun şikayəti ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib

Avropa İnsan Haqları Məhkəməsi ADP sədri Sərdar Cəlaloğlunun şikayəti ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
# 11 sentyabr 2007 13:36 (UTC +04:00)
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) ADP sədri Sərdar Cəlaloğlunun 2003-cü il prezident seçkilərindən sonra həbsi ilə bağlı keçirilən məhkəmə prosesi barədə şikayəti əsasında göndərdiyi sorğunun cavablandırılması üçün Azərbaycan hökumətinə bu il oktyabrın 18-dək möhlət verib. AİHM-nin mətbuat katibliyindən APA-ya bildirilib ki, Azərbaycan hökuməti bu müddətdə mülahizələrini göndərməsə belə məhkəmə qərar qəbul edəcək.
S. Cəlaloğlu APA-ya bildirib ki, iddia ərizəsində ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu, müdafiənin təqdim etdiyi şahidlərin ona qarşı ifadə verən şahidlərlə eyni əsaslarla dindirilməməsi, onun ittiham şahidlərinə sual verə bilməməsi, onun təqsirsizlik prezumsiyasının, səmərəli hüquq vasitəsi hüququnun pozulması, ona qarşı siyasi motivlərlə ayrı-seçkiliyə yol verilməsi kimi məqamlar öz əksini tapıb. ADP sədri Azərbaycan hökumətindən 500 min avro kompensasiya tələb edir. Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov APA-ya Azərbaycan hökumətinə sorğu göndərilməsi faktını təsdiqləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR