Bank Of Baku

Sabir Rüstəmxanlı: “Müxalifətin prezident seçkisində vahid namizədlə çıxış etməsi ilə bağlı müzakirələrin perspektivi yoxdur”

Sabir Rüstəmxanlı: “Müxalifətin prezident seçkisində vahid namizədlə çıxış etməsi ilə bağlı müzakirələrin perspektivi yoxdur”
# 11 sentyabr 2007 14:18 (UTC +04:00)
“Müxalifət düşərgəsində elə bir adam yoxdur ki, onu bütün siyasi qurumlar dəstəkləsin və prezident seçkisində müdafiə etsin”. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı APA-ya açıqlamasında bildirib ki, müxalifətin prezident seçkisində vahid namizədlə çıxış etməsi ilə bağlı müzakirələrin perspektivi yoxdur və VHP bu barədə aparılacaq hər hansı müzakirələrdə iştirak etmək niyyətində deyil. Onun sözlərinə görə, prezident seçkilərində namizədliyini irəli sürməsi ilə bağlı konkret qərar qəbul etməyib. S. Rüstəmxanlı partiyanın noyabrın 3-də keçiriləcək IV qurultayında nizamnamədə və qurumun rəhbər strukturunda dəyişik ediləcəyini də deyib: “Qurultayda partiyanın katiblik institutu sədr müavini postu ilə əvəzlənəcək. Həmçinin partiyanın prezident seçkilərində tutacağı mövqe də bəlli olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR